Dağıstanda Rusiyanın ən böyük külək elektrik stansiyasının ilk turbini quraşdırılıb

image

"Rosatom Bərpa Olunan Enerji" (Rosatom Dövlət Korporasiyasının Külək Enerjisi Bölməsinin törəmə şirkəti) Dağıstanda Rusiyanın ən böyük olacaq Novolakskaya Külək Elektrik Stansiyasının tikinti sahəsində ilk külək turbinini quraşdırıb.

Renewables.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Stansiyanın ümumi gücü 300 MVt olacaq və burada 120 külək turbininin quraşdırılması gözlənilir. Hər bir turbin gövdəsinin (qülləsinin) hündürlüyü 150 metr, qanadların uzunluğu isə 50 metr olacaq.

Novolakskaya KES-in tikinti prosesi iki mərhələyə bölünəcək: 61 külək turbininin quraşdırılması 2025-ci ildə, qalan 59 külək turbininin quraşdırılması isə 2026-cı ildə başa çatdırılacaq.

Ümumilikdə, 2027-ci ilə qədər Rosatom-un Külək Enerjisi Bölməsi 1,7 GVt külək gücünü istismara verməyi planlaşdırır ki, bu da şirkətə bərpa olunan enerji istehsalı sahəsində lider mövqe tutmağa imkan verəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *