2024-cü ildə Culfa Külək Elektrik Stansiyasında (KES) istehsal edilən enerjinin həcmi artıb.
Renewables.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən bildirilib ki, bu rəqəm 477 min kVt-saat olub.
Bildirilib ki, Culfa KES-də 2022-ci ildə (oktyabr-dekabr) 18 min, 2023-cü ildə isə 471 min kVt-saat elektrik enerjisi istehsal olunub.
Qeyd edək ki, ərazidə külək enerjisinin inkişafı istiqamətində görüləcək işlərinin davamı olaraq yeni qurulan 132/110/35/10 kV Culfa yarımstansiyası yaxınlığında əkinə yararsız ərazidə ayrılmış sahədə ümumi gücü 0,3 meqavat olan Culfa Külək Elektrik Stansiyası tikilmişdir. Bu ərazidə küləyin orta sürəti 6 m/san-dan artıqdır ki, bu da külək enerjisi üçün əlverişli texniki-iqtisadi potensialın olmasını göstərir.
Culfa Külək Elektrik Stansiyası 31 oktyabr 2022-ci ildə istismara verilib. Stansiyada il ərzində 666,62 min kilovat-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.
Rəylər (0):