Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2024-cü il ərzində Azərbaycanın külək elektrik stansiyalarının elektrik istehsalı 51,1 mln. kVt-saat təşkil edib.
Renewables.az xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 mln. kVt-saat və ya 10 % azdır.
Hesabat dövründə "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 38,5 mln. kVt-saat (3,4 mln. kVt-saat və ya 8 % az) elektrik enerjisi istehsal olunub ki, bu da respublika üzrə külək enerjisi istehsalının təqribən 75 faizinə bərabərdir.
Rəylər (0):