"ACWA Power"in külək layihəsi üçün turbinlər Çindən alınacaq

image

"Xızı 3" layihəsi üzrə gücü 6,5 MVt olan 25 ədəd, Pirəkeşküldə isə eyni gücdə 12 ədəd külək turbinləri quraşdırılacaq.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu "ACWA Power"in Azərbaycandakı tərəfdaşı "Ecoenergy" şirkətinin nümayəndəsi Ceyhun Sultanov külək enerjisi layihəsinin Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi sənədlərinin müzakirəsində bildirib.

"Hündürlüyü 100-110 metr olacaq turbinlər Çindən alınacaq. Onlar sərfəlidir və ucuz enerji almağa imkan verəcək", - deyə o bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *