ADNSU-da keçirilən 5-ci beynəlxalq yay məktəbi başa çatıb

image

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Enerji keçidində: Postneft İqtisadiyyatı, Alternativ Enerji, Ətraf Mühitin Mühafizəsi” mövzusunda Yay məktəbi başa çatıb.

Renewables.az bu barədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) istinadən xəbər verir.

ADNSU və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Yay məktəbi iyulun 31-dən avqustun 12-ə qədər davam edib. Yay məktəbinə Azərbaycandan 5 və Almaniyadan 10 tələbə qatılıb. 

Yay məktəbi ərzində akademik hissədən başqa iştirakçılar üçün mədəni tədbirlər də təşkil olunub. Onlar Bibiheybətdə - dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi məkanda, bp-nin və ARDNF-nin baş ofislərində, İçərişəhərdə, Heydər Əliyev Mərkəzində, Şəki şəhərində, eləcədə Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşa şərhərində  ekskursiyada olublar. Qeyd edək ki, açılış günü ilk mühazirə ADNSU-da start verilib.

Sonda tələbələrin Yay məktəbinin mövzusuna uyğun olaraq seçilmiş mövzularda prezentasiyalar ediblər. Yay məktəbi çərçivəsində tələblərə mühazirə oxuyan müəllimlər və ekspertlər tərəfindən iştirakçıların prezentasiyaları qiymətləndirilib və onlara sertifikatlar təqdim olunub. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *