Martın 15-də Bakıda keçirilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə anlaşma memorandumları imzalanıb.
Bu barədə "Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir.
Tədbir çərçivəsində, “Masdar” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında isə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumları imzalanıb.
Xatırladaq ki, investisiya dəyəri 225 milyon ABŞ dollarından çox olan 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edilən “Masdar” şirkəti BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqa ölkələr də daxil olmaqla 40-dan çox ölkədə fəaliyyət göstərir.
Rəylər (0):