AERA-da “EU4Energy” proqramının II mərhələsi üzrə fəaliyyət planı müzakirə edilib

image

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) “EU4Energy” proqramının II mərhələsi – “Şərq tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” çərçivəsində növbəti görüş keçirilib.

"Renewables.az"ın AERA-ya istinadən verdiyi xəbərə görə, “EU4Energy” proqramının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə enerji sahəsində baş vermiş yeniliklər barədə məlumatlar bölüşülüb və sözügedən proqramın II mərhələsi üzrə həyata keçiriləcək tədbirlər müzakirə edilib.

Qeyd edək ki, “EU4Energy” proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Avropa Enerji Tənzimləyici Şurası (CEER), Beynəlxalq Enerji Agentliyi (IEA) və Enerji İcması Katibliyi (EnCS) tərəfindən birgə icra edilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *