Absa və AREP (African Rainbow Energy and Power) ortaq bir şirkət quraraq Cənubi Afrikada bərpaolunan enerji yatırımlarını artıracaq.
Bu barədə “Berpaolunanenerji.az” AREP-in saytına istinadən xəbər verir.
Cənubi Afrikanın maliyyə xidmətləri qrupu Absa və Afrikanın enerji şirkəti AREP, bərpaolunan enerji yatırımları üçün “African Rainbow Energy” ortaq investisiya platformasını təsis ediblər.
Yeni qurulan şirkətin bünyəsində AREP 700 MVt-dan çox qoyuluş gücünə sahib külək, günəş və biokütlə layihələrinə sərmayə yatıracaq. Absa isə, başlanğıc olaraq 34,5 milyon ABŞ dolları dəyərində yatırım edəcək.
Bununla da, “African Rainbow Energy” 31 bərpaolunan layihə ilə, 345,3 milyon dollarlıq maliyyəyə sahib bir platforma olacaq.
Rəylər (0):