AHK Azərbaycanın icraçı direktoru: “Azərbaycanın külək və günəş enerjisi sahəsində böyük imkanları var”

image

“Enerji mütəxəssisləri üçün virtual nümayəndə heyəti səfəri, bərpaolunan enerji sahəsində Azərbaycan və Almaniyanın əsas oyunçuları arasında mübadiləni gücləndirdi".

"Berpaolunanenerji.az" xəbər verir ki, bu sözləri AHK Azərbaycanın icraçı direktoru Tobias Baumann bildirib.

Xüsusilə, külək və günəş enerjisi sahəsində, Azərbaycanın iqlim şəraiti səbəbindən böyük imkanları var ”, - deyə AHK Azərbaycanın icraçı direktoru bildirib. Bu səbəbdən, Alman-Azərbaycan Xarici Ticarət Palatası, 2022-ci ilin əvvəlində işgüzar səfər çərçivəsində Almaniyadan olan bərpa olunan enerji sahəsindən olan şirkətləri Azərbaycan bazarını yerində araşdırmaq məqsədilə Bakıya və Azərbaycanın kənd bölgələrinə dəvət edir.

Qeyd edək ki, Sentyabrın 8-10-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Renewables Academy (RENAC) ilə birgə əməkdaşlıq edərək Azərbaycandakı enerji mütəxəssisləri üçün Almaniyaya virtual nümayəndə heyəti səfərini həyata keçirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *