Aİ Ermənistanı Qara Dəniz Elektrik Kabeli layihəsinə qoşulmağa çağırıb

image

Avropa Komissiyası Ermənistanı Qara dəniz sualtı elektrik ötürücü xətti (Qara Dəniz Elektrik Kabeli) layihəsində iştirak etməyə çağırıb.

Renewables.az xəbər verir ki, bu barədə İspaniyanın Qranada şəhərində Avropa sammiti çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün yekunları üzrə imzalanmış birgə bəyanatda deyilib.

“Avropa Komissiyası Ermənistanın Qara Dəniz Elektrik Kabeli layihəsi kimi regional layihələrdə iştirakını dəstəkləyəcək”, - bəyanatda bildirilib.

Qeyd edək ki, 2022-ci ilin 17 dekabrında Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *