AİB: Enerji səmərəliliyi sərmayə baxımından digər təmiz texnologiyalardan geri qalır

image

“Enerji səmərəliliyinə cari qlobal investisiyalar ildə təxminən 240 mlrd. ABŞ dolları təşkil edir və bərpaolunan enerji sahəsinə qoyulan investisiyalardan xeyli geri qalır”.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu Asiya İnkişaf Bankının baş direktoru Süzan Qabori Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramına sədrliyi ilə videokonfrans formatında V Enerji İnvestisiya Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, enerji səmərəliliyinin digər təmiz texnologiyaların tətbiqindən açıq şəkildə geri qaldığını müşahidə olunur.

“Enerji səmərəliliyi yalnız energetika sektorunu əhatə etmir, enerji səmərəliliyinin demək olar ki, iqtisadiyyatın bütün sahələri ilə əlaqəsi var, o cümlədən nəqliyyat, binalar və sənaye də bu sahələrə aiddir. Ona görə də bu prosesdə sərmayələr vacibdir”, - deyə S. Qabori qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *