Alman şirkəti Azərbaycanda günəş panellərinin istehsalını təklif edib

image

"Mühəndis şirkəti kimi biz günəş panellərinin istehsalı ilə bağlı işlərə hələ 2014-cü ildə başlamışıq və günəş enerjisi bazarında fəaliyyət göstəririk. Hazırkı vəziyyəti götürsək görürük ki, indi günəş panellərinin 95 faizi Çin təchizatından asılıdır. Həmin mono və ya polikristala əsaslanan panellərin istehsalı, əslində, 85 faiz enerji tələb edir. Bu isə günəş panellərinin istehsal xərclərini açıq-aydın göstərir. Əsas xərclər məhz istehsal prosesində kremniyin istifadəsi ilə bağlıdır. Biz bunu “kvarts kremniy” adlandırırıq. Biz ondan ərinti alaraq günəş panellərinin daxili hissələrini hazırlayırıq. Sonra isə həmin panellər günəş enerjisini verir. Bu, istehsalın son mərhələsidir".

"Renewables.az" Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə "Edison Technologies and Engineering Group"un baş icraçı direktoru Edison Kasapoğlu deyib.

Kasapoğlu bildirib: "Bizdə texnologiya var, konsorsium qurmuşuq. Ölkəniz üçün maraqlı layihə ola bilər ki, biz günəş paneli çərçivəsini istehsal edən xətti işə salaq. Bu, enerjiyə çox qənaət edən xətt olacaq. Belə olan halda, günəş panellərini bütün dünyaya sata bilərsiniz". 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *