Almaniya şirkəti Türkiyədə 127 MVt gücündə külək elektrik stansiyaları tikəcək

image

Türkiyədə ümumi gücü 127 meqavat (MVt) olan iki külək elektrik stansiyası (KES) inşa ediləcək.

"Renewables.az" Enerji Günlüyü-nə istinadən xəbər verir ki, 61 MVt və 66 MVt olacaq KES-lər Muğla şəhərində qurulacaq.

Almaniya şirkəti "Enercon" qazandığı tender çərçivəsində, 61 MVt gücündəki "Gaia" KES-ə 41,4 milyon ABŞ dolları (781 milyon lirə), 66 MVt gücündəki "Artuna 2" KES-ə 45,5 milyon ABŞ dolları (859 milyon lirə) sərmayə yatıracaq.

"Gaia" KES-də 20 ədəd "Enercon E-138 EP3 E2 / IEC S Class" model külək turbinləri qurulacaq. KES-də il ərzində 258 milyon kilovat-saat elektrik enerjisinin istehsal edəcək.

"Artuna 2" KES-də isə hündürlüyü 81 metr, qanadların (rotor) diametri 138 metr olan 22 ədəd "Enercon E-138 EP3 E2 / IEC S Class" model turbinlər quraşdırılacaq. Stansiya ildə 283 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək.

Hər iki KES-in iqtisadi ömrü 49 il olaraq proqnozlaşdırılır.

Xatırladaq ki, "Enercon"un Türkiyədəki törəməsi "EN 2 Rüzgar Enerjisi Yatırım" şirkəti Enerji və Təbii Sərvətlər Nazirliyinin "Bərpa Olunan Enerji Mənbəyi Sahəsi 2 KES" (YEKA 2 RES) tenderlərini qazanıb. Tenderlər çərçivəsində ümumi gücü 1 000 MVt olacaq külək elektrik stansiyaları inşa ediləcək ki, bununla da illik 3,8 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *