Almaniyanın WPD AG şirkəti Yaponiyanın Naqasaki şəhərində, Yaponiya Bərpaolunan Enerji (JRE) şirkəti tərəfindən inşa ediləcək “Saikai Enoshima” dəniz külək enerjisi layihəsinə sərmayə yatıracaq.
Bu barədə "Berpaolunanenerji.az" xarici mətbuata istinadən xəbər verir.
Dənizüstü külək layihəsinin qoyuluş gücü 299,5 MVt olacağı bildirilir. Layihədə 14 və ya 15 MVt gücündə olan maksimum 24 külək turbinindən istifadə ediləcək.
Dənizüstü külək elektrik stansiyası 45,69 km2 ərazini əhatə edəcək.
Rəylər (0):