Almaniyanın külək enerjisi yatırımlarındakı 35 faizlik artım iqlim hədəflərinə kifayət etmir

image

2021-ci ildə Almaniyada külək enerjisi yatırımları 35 faiz artıb.

“Berpaolunanenerji.az”ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə "Deutsche WindGuard"ın araşdırmasında bildirilir.

Məlumata görə, ötən il 484 turbin quraşdırılıb ki, bu da 1 925 MVt yeni güc deməkdir. Ancaq bu ölkənin iqlim hədəflərinə çatması üçün kifayət qədər artım deyil.

Bildirilir ki, 2022-ci ildə külək enerjisi sektorunda 2,3-2,7 QVt arası artım gücü gözlənilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *