“Alternativ Enerji Araşdırmaları Mərkəzi” dövri tematik jurnal nəşr edəcək

image

“Alternativ Enerji Araşdırmaları Mərkəzi” tərəfindən aparılan elmi tədqiqatların nəticələri, həmçinin alternativ və bərpaolunan enerji sferasındakı yeniliklərin ictimaiyyətə çatdırılması məqsədilə iyul ayından başlayaraq dövri tematik jurnalın nəşri nəzərdə tutulur.

Renewables.az-ın məlumatına görə, bu barədə Mərkəzin məlumatında bildirilib.

Bildirilib ki, Mərkəzin təşkilatçılığı ilə bu ilin noyabr ayının son günlərində bərpaolunan enerji sahəsində nüfuzlu elm adamları, tədqiqatçılar, menecerlər, habelə dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək konfransa hazırlıqlar davam etməkdədir.

Qeyd edək ki, “Alternativ Enerji Araşdırmaları Mərkəzi” ictimai birlik olub, 2022-ci il noyabrın 29-da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusu əldə edib. Təsisçiləri Rüstəm Şəfaqətov və Rəhimə Nurəliyevadır. Mərkəzin fəaliyyət predmeti təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin qorunması, davamlı inkişaf sahəsində araşdırmaların aparılmasına kömək etməkdən ibarətdir.

Mərkəz enerji sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, bu sahədə qabaqcıl ölkələrin nailiyyətlərini təbliğ etmək, müvafiq istiqamətdə elmi araşdırmalar aparmaq vəzifələrini həyata keçirir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *