Alternativ enerji Azərbaycanla İsrail arasında əməkdaşlığın prioritet sahələrindən biridir

image

Alternativ enerji Azərbaycanla İsrail arasında əməkdaşlığın prioritet sahələrindən biridir.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu diplomatik korpusun tərkibində Kəlbəcərdə səfərdə olan İsrail səfiri Corc Dik deyib.

Onun sözlərinə görə, İsrail bərpa işləri ilə əlaqədar Azərbaycana kömək etməyə hazır olduğunu bildirib.

"Azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsində əməkdaşlıq Azərbaycanla İsrail arasında əməkdaşlığın prioritet sahələrindən biridir", - səfir deyib.

Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *