Bakı Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə "Neft kimyası və kimya texnologiyası" kafedrasının kimya fakültəsi tərəfindən "Alternativ enerji mənbələri" mövzusunda elmi seminar keçirilib.
"Berpaolunanenerji.az" xəbər verir ki, elmi seminarda, kafedrada 1-ci kursdan elmi tədqiqatla məşğul olan 4-cü kurs tələbəsi Mahmud Musazadə ən çox istifadə olunan alternativ enerji mənbələrindən, onların bərpaolunan enerji mənbələrindən fərqləri haqqında tələbələri maarifləndirmiş, ölkəmizin bu sahədə potensialı barədə məlumat vermişdir.
Daha sonra "Neft kimyası və kimya texnologiyası" kafedrasının müdiri İbrahim Məmmədov mövzu barədə əlavələrini qeyd etmişdir.
Tələbələrlə qarşılıqlı müzakirə apardıqdan sonra seminar sualların cavablandırılması ilə sonlandırılmışdır.
Rəylər (0):