AREA-nın direktor müavini Aygün Zeynalova 28-ci Bakı Enerji Forumunda çıxış edib

image

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Bakı Enerji Forumunda sədrlik etdiyi “Xəzər regionunun yaşıl enerji potensialı” sessiyasında “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji koridoru: Yaşıl Enerjinin İnkişafı və Ötürülməsi Konsepsiyası” mövzusunda çıxış edib.

Renewables.az bu barədə AREA-ya istinadla xəbər verir.

Çıxış zamanı, Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, yaşıl enerjinin və həmçinin hidrogenin Avropa enerji bazarına ixrac imkanları, eləcə də bu istiqamətdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında imzalanmış Yaşıl Enerjinin İnkişafı və Ötürülməsinə dair Strateji Saziş çərçivəsində görülən işlər haqqında məlumat verilib. Bununla yanaşı, İtaliyanın “CESİ” şirkətinin hazırladığı Texniki İqtisadi Əsaslandırmanın texniki tapşırığının ilkin versiyasına dair məqamlara aydınlıq gətirilib.

Həmçinin panel müzakirələri çərçivəsində “ACWA Power”, “Masdar” şirkətlərinin eləcə də “CESİ” nümayəndələrinin çıxışları dinlənilib. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *