Avqustda enerji ixracı azalıb, idxalı artıb

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ilin avqust ayında elektrik enerjisinin idxalı 11,6 mln. kVt-saat, ixrac isə 253,5 mln. kVt-saat təşkil edib.

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə enerji idxalı 0,7 mln. kVt-saat (6,4 %) artıb, ixracı isə 118,9 mln. kVt-saat (32 %) azalıb.

Qeyd edək ki, yanvar-avqust ayları üzrə respublikada elektrik enerjisi ixracı və idxalı artıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *