Avropa İttifaqı 2030-cu ilədək bərpaolunan enerji payını 40 faizə çatdıracaq

image

Avropa İttifaqı (Aİ) Komissiyası 2030-cu ilə qədər karbon emissiyalarını ən az 55 faiz azaltmağı, 2050-ci ilədək isə sıfıra endirməyi hədəfləyir.

"Berpaolunanenerji.az" xəbər verir ki, Aİ-yə görə, iqlim hədəflərinə çatmaq üçün iqtisadi və sosial transformasiya tələb olunur.

Avrokomissiya 2030-cu ilə qədər karbon emissiyalarını ən az 55 faiz azaltmağı, 2050-ci ilədək sıfıra endirməyi hədəfləyir. 2030-cu ilədək Aİ ölkələrində bərpaolunan enerji payının ümumi elektrik istehsalında 40 faizə çatdırılması planlaşdırılır.

Komissiya tərəfindən yayımlanan enerji, nəqliyyat, iqlim və vergi sahələrində karbon emissiyalarının azaldılması hədəflərinə dair yol xəritəsinə görə, emissiya ticarəti yeni sektorlara da tətbiq edilməlidir.

Aİ Emissiyaları Ticarət Sisteminin daha funksional hala gətirilməsi, bərpaolunan enerjidən istifadənin artırılması və enerji səmərəliliyinin artırılması və az emissiyalı nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsini planlaşdırır. Aİ büdcəsindəki əsas iqlim xərclərini tamamlamaq üçün üzv dövlətlər bütün emissiya ticarət gəlirlərini iqlim və enerji ilə əlaqəli layihələrə xərcləyəcəklər.

Digər tərəfdən Avrokomissiya sərhəddə karbon qiymətləndirmə tətbiqinin 2025-ci ilə qədər tədricən və 2026-cı ildə davamlı olaraq həyata keçiriləcəyini açıqlayıb. Beləliklə, sement, dəmir polad, alüminium, gübrə və elektrik enerjisi sahələri üzrə ixrac məhsulları sərhəddə karbon vergisinə məruz qalacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *