Avropa Komissiyası Aİ-də "yaşıl" enerji islahatlarını sürətləndirməyə çağırıb

image

Avropa İttifaqı (Aİ) enerji sahəsində daha müstəqil olmaq üçün iqlim islahatlarını sürətləndirməlidir.

"Berpaolunanenerji.az"ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

"Enerji sahəsində daha müstəqil olmaq üçün "Yaşıl Saziş"i sürətləndirməliyik", - Ursula fon der Leyen qeyd edib.

Qeyd edək ki, "Yaşıl Saziş" Avropa Komissiyasının Aİ-nın ətraf mühitə daha az mənfi təsir göstərəcək şəkildə yenidən qurulması layihəsidir. Emissiyaların azaldılması, zərərli qazların tutulması və saxlanması üçün texnologiyaların tətbiqi ilə iqlim neytrallığı əldə edilə bilər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *