Avropa Komissiyası Bolqarıstan və Slovakiyanı bərpaolunan enerji qaydalarına görə məhkəməyə verib

image

Avropa Komissiyası (AK) Bolqarıstan və Slovakiyanı bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı qaydaları öz qanunvericiliyinə daxil etməməsi ilə əlaqədar məhkəməyə verib.

"Renewables.az" "Reuters"ə istinadən xəbər verir ki, müvafiq bildiriş AK-nın saytında yerləşdirilib.

Hər iki ölkə 2018-ci ildə bərpaolunan enerji direktivindən qaydaları yerli qanunlarına köçürmədiyinə görə Avropa Ədalət Məhkəməsinə verilib.

Qeyd edək ki, Aİ-yə üzv dövlətlər 2021-ci il 30 iyuna qədər öz ölkələrinin qanunlarına dəyişiklik etməli idilər, lakin Bolqarıstan və Slovakiya hələki bununla bağlı addım atmayıblar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *