Avropa külək enerjisindən istifadədə fərqlənən ölkələr hansılardır? ‒ TOP 20

image

Bu gün Avropada elektrikin 16 %-i külək enerjisindən əldə olunur. Qitədə bu sektor üzrə çalışanların sayı isə 300 min nəfərdir.

"Berpaolunanenerji.az" "WindEurope"a istindən xəbər verir ki, Avropada ümumi enerji istehsalında külək enerjisinin payı ən çox olan ölkə Portuqaliyadır. Ümumi siyahıya nəzər yetirək:

  1. Portuqaliya - 20,5 % (quru);
  2. İsveç - 17,8 % (quru);
  3. Danimarka - 16 % (quru 9 %, dəniz 7 %);
  4. Kipr - 15,9 % (quru);
  5. Yunanıstan - 12,8 % (quru);
  6. İspaniya - 12 % (quru);
  7. Estoniya - 9,3 % (quru);
  8. Avstriya - 8,2 % (quru);
  9. Polşa - 8.1 % (quru);
  10. Almaniya - 6,9 % (quru 6,1 %, dəniz 0,8 %);
  11. Finlandiya - 6,9 % (quru);
  12. Litva - 6,7 % (quru);
  13. Bosniya və Herseqovina - 5,2 % (quru);
  14. Xorvatiya - 4,9 % (quru);
  15. Ruminiya - 4,4 % (quru);
  16. Birləşmiş Krallıq - 4,4 % (quru 2,8 %, dəniz 1,6 %);
  17. İtaliya - 3,2 % (quru);
  18. İrlandiya - 3,1 % (quru);
  19. Norveç - 2,4 % (quru);
  20. Fransa - 2,4 % (quru).

Külək enerjisindən elektrik istehsalında ilk 20-də olan ölkələrin siyahısı və elektrik istehsalı:

  1. Almaniya - 95,5 mln. kVt⋅saat (quru 84,8 mln. kVt⋅saat, dəniz 10,7 mln. kVt⋅saat);
  2. İspaniya - 78,1 mln. kVt⋅saat (quru);
  3. İsveç - 67,6 mln. kVt⋅saat (quru);
  4. Polşa - 37,6 mln. kVt⋅saat (quru);
  5. Birləşmiş Krallıq - 33,9 mln. kVt⋅saat (quru 21,7 mln. kVt⋅saat, dəniz 12,2 mln. kVt⋅saat);
  6. Fransa - 29,7 mln. kVt⋅saat (quru);
  7. Portuqaliya - 26,8 mln. kVt⋅saat (quru);
  8. İtaliya - 24,4 mln. kVt⋅saat (quru);
  9. Finlandiya - 15,5 mln. kVt⋅saat (quru);
  10. Danimarka - 14 mln. kVt⋅saat (quru 7,9 mln. kVt⋅saat, dəniz 6,1 mln. kVt⋅saat);
  11. Avstriya - 13,5 mln. kVt⋅saat (quru);
  12. Yunanıstan - 12,6 mln. kVt⋅saat (quru):
  13. Norveç - 7,7 mln. kVt⋅saat (quru):
  14. Rumıniya - 6,5 mln. kVt⋅saat (quru);
  15. Belçika - 2,9 mln. kVt⋅saat (quru 2 mln. kVt⋅saat, dəniz 0,9 mln. kVt⋅saat);
  16. İrlandiya - 2,6 mln. kVt⋅saat (quru);
  17. Niderland - 2,3 mln. kVt⋅saat (quru 0,6 mln. kVt⋅saat, dəniz 1,7 mln. kVt⋅saat);
  18. Xorvatiya - 2,2 mln. kVt⋅saat (quru);
  19. Litva - 2,2 mln. kVt⋅saat (quru);
  20. Estoniya - 1,9 mln. kVt⋅saat (quru).

Qeyd edək ki, göstəricilər hər gün yenilənir və təqdim etdiyimiz nəticələr 30 aprel 2021-ci ilin rəqəmləridir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *