Avstriyanın kimya şirkəti Finlandiyadan külək enerjisi satın alacaq

image

Avstriyanın kimya şirkəti “Borealis” Finlandiyanın enerji şirkəti “Fortum”dan külək enerjisi satın alacaq.

“Berpaolunanenerji.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə iki şirkət anlaşma imzalayıb.

Anlaşma çərçivəsində, “Fortum” Finlandiyada inşa etdiyi iki Külək Elektrik Stansiyasından (KES) “Borealis”ə 800 milyon kilovat-saat elektrik enerjisi ixrac edəcək.

“Fortum”un bu ilin yanvar ayından inşasına başladığı KES 56 turbindən ibarət olacaq.

Stansiyanın 2024-cü ilin ortalarından enerji istehsal edəcəyi gözlənilir.

Hər iki stansiya ildə 1,1 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *