Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin “Aydem Enerji” bərpaolunan enerji şirkətinin yaşıl təhvil ixracına 75 milyon ABŞ dolları vəsaitində sərmayə qoyub.
Bu barədə “Berpaolunanenerji.az” AYİB-in saytına istinadən xəbər verir.
AYİB bununla bağlı açıqlamasında, ixracın Türkiyədə həyata keçirilən ən iri miqyaslı yaşıl istiqraz (green bond) ixracı olduğunu vurğulayıb.
Bununla bağlı “Bloomberg HT”yə açıqlama verən “Aydem”in icraçı direktoru İdris Küpeli yaşıl istiqraz ixracında 1,6 milyard dollarlıq tələbin gerçəkləşdiyini və ixracın eyni zamanda Türkiyənin ən böyük yaşıl istiqraz ixracı olduğunu vurğulayıb.
Şirkət direktoru həmçinin, yatırımlarla “Aydem”in qoyuluş gücünün 70 faiz artacağını qeyd edib.
Qeyd edək ki, “Aydem Bərpaolunan Enerji” şirkətinin Türkiyənin 4 bölgəsində 20 hidroelektrik stansiyası, 3 külək elektrik stansiyası, 1 geotermal qurğu və 1 bioqaz qurğusu fəaliyyətdədir ki, bunların da ümumi qoyuluş gücü 1,020 MVt-dır.
Rəylər (0):