AYİB: "Yaşıl keçid" üzrə səylərin həyata keçirilməsində Azərbaycana köməklik edə bilərik

image

Kamola Mahmudova Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan paytaxtı Bakı şəhərində yerləşən ölkə nümayəndəliyinin rəhbəri təyin edilib.

"Berpaolunanenerji.az" AYİB-ə istinadən xəbər verir ki, bu vəzifə ilə İvana Duarteni əvəzləyən Kamola Mahmudova Bankın ölkədəki investisiya və əməliyyatlarına nəzarət edən cavabdeh şəxs olacaq.

"Mən AYİB-in portfelində "yaşıl" keçid flaqmanı olmaq üçün tam potensiala malik Azərbaycan kimi ölkədə Bankın əməliyyatlarına rəhbərlik etməkdən məmnunluq duyuram. "Yaşıl" keçid hər bir ölkə üçün böyük çağırışdır və biz bu səylərin həyata keçirilməsi istiqamətində Azərbaycana kömək edə bilərik. Məqsədimiz özəl sektora prioritet verilməklə, uzunmüddətli və səmərəli maliyyənin təmin edilməsindən ibarətdir", – deyə xanım Mahmudova bildirib.

Qeyd edək ki, AYİB Azərbaycanda mühüm institusional investor olmaqla, bu günədək ölkədə 177 layihənin icrasına dəyəri 3,2 mlrd avrodan çox investisiya yatırmışdır. Bankın əsas fəaliyyət istiqaməti ölkənin qeyri-neft sektoru, yerli bankların gücləndirilməsi və "yaşıl" iqtisadiyyatda investisiyaların təşviq edilməsidir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *