Azərbaycan Belçika ilə dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlıq edəcək

image

Azərbaycan Belçika ilə dənizdə külək enerjisindən istifadə üzrə təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edəcək.

Renewables.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov tviter hesabında məlumat verib.

"Belçikanın energetika naziri Tinne Van der Straeten ilə səmərəli görüş olub. Dənizdə külək enerjisindən istifadə üzrə təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq etməyi razılaşdırdıq", - nazir tvitində bildirib.

Görüşdə Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığına uyğun olaraq Azərbaycandan təbii qaz və bərpa olunan enerji tədarükü üzrə həyata keçirilən layihələr barədə məlumatlar verilib. Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstanı birləşdirən və Bolqarıstanın da maraq göstərdiyi  "yaşıl enerji" bağlantısı, həmçinin Şimal dənizində Belçikanın külək enerjisi layihələri ilə bağlı fikir mübadiləsi aparılıb. Tinne Van der Straeten Bakı Enerji Forumunda iştirak etmək üçün Azərbaycana dəvət edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *