Azərbaycan “enerji keçidi”ndə ABŞ-nin laboratoriyası ilə əməkdaşlıq sahələrini müəyyənləşdirib

image

Azərbaycan “enerji keçidi” kursunun həyata keçirilməsində ABŞ-nin laboratoriyası ilə əməkdaşlıq sahələrini müəyyənləşdirib.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Denverdə enerji transformasiyasını sürətləndirən elmi-texnoloji prosesə töhfə verən Milli Bərpa Olunan Enerji Laboratoriyasının fəaliyyəti ilə tanış olduq. Azərbaycanın “enerji keçidi” kursunun həyata keçirilməsində laboratoriya ilə əməkdaşlıq sahələrini müəyyənləşdirdik”, - deyə nazir bildirib.

Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Energetika naziri Pərviz Şahbazov ABŞ-yə səfəri çərçivəsində Denver şəhərində yerləşən Milli Bərpa Olunan Enerji Laboratoriyasında (NREL) olub.

Nazir bərpa olunan enerji və enerji səmərəliliyi texnologiyalarının tədqiqatı, inkişafı, tətbiqi yolu ilə enerji transformasiyasında mühüm rol oynayan laboratoriyanın fəaliyyəti ilə tanış olub. Günəş, külək, hidro, bioenerji, hidrogen, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası sahələrində inkişaf proseslərini, yenilikləri əks etdirən tədqiqatlara dair təqdimatlar dinlənilib.

Təhlükəsiz, dayanıqlı gələcək enerji sistemlərinə səmərəli keçidi təşviq edən “Enerji Sistemlərinin İnteqrasiyası”, hidrogenin istehsalı, saxlanması, nəqli və istifadəsinə dair araşdırma və inkişaf tədbirlərini həyata keçirən “Hidrogen Tədqiqatları” və “Elmi-Texnoloji” mərkəzlərə baş çəkilib. Milli Bərpa Olunan Enerji Laboratoriyası ilə tərəfdaşlıq imkanları dəyərləndirilib və əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *