Azərbaycan iqlim dəyişiklikləri üzrə bütün qlobal tələbləri dəstəkləyir

image

"Azərbaycan iqlim dəyişiklikləri üzrə bütün qlobal tələbləri dəstəkləyir, eləcə də öz həll yollarını təqdim edir".

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “İqlim dəyişikliyinə qarşı mübarizə və qlobal enerji ehtiyaclarını qarşılamaq: hər ikisini necə edə bilərik?” mövzusunda paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu forum qlobal problemlərin müzakirəsi və həlli üçün platformaya çevrilib:

"Qlobal iqlim dəyişiklikləri bu gün bütün dünya ölkələrinin gündəliyinə daxildir və bu məsələ bir neçə gün əvvəl Qlazqoda fəal şəkildə müzakirə olunub. Hesab edirəm ki, bizim üzərimizdə olan məsuliyyət siyasi rıçaqlarla tənzimlənməlidir".

Nazirin sözlərinə görə, Avropada enerji ilə bağlı bugünkü mənfi vəziyyət inkişaf etməməlidir:

"Biz Avropa ölkələrinə bu problemi həll etməkdə kömək etməliyik. Bundan başqa, hansısa problemin həllində bir sektora diqqət ayırmaq lazım deyil, biz cari problemləri genişləndirilmiş şəkildə həll etməliyik".

P.Şahbazov əlavə edib ki, 2020-ci ildə dünyada elektrik enerjisinin istehsalında bərpaolunan enerji mənbələrinin payı 29 faizə çatıb: "Biz bilirik ki, bu kifayət deyil. Biz bu potensialı genişləndirməliyik".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *