Azərbaycan Texniki Universitetində günəş panelləri quraşdırılıb

image

Azərbaycan Texniki Universitetində (AzTU) dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində daha bir layihə həyata keçirilib.

Renewables.az universitetin yaydığı məlumata istinadən xəbər verir ki, ərazidə hər birinin gücü 500 vatt olan dörd ədəd müasir günəş panellərindən ibarət gücü 2 kVt olan günəş elektrik stansiyası istifadəyə verilib.

AzTU-da bərpa olunan enerji sahəsində təhsil alan tələbələr stansiyanın iş prinsipi ilə tanış olacaq və praktiki vərdişlərə yiyələnəcəklər.

Xatırladaq ki, cari ilin iyul ayında AzTU-da yaşıl enerji texnologiyalarının tədrisi üzrə bilik və bacarıqların davamlı yüksəldilməsi, energetika sahəsində yüksəkixtisaslı kadrların hazırlanması üçün universitetin həyətində külək qurğuları da istifadəyə verilib


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *