Azərbaycan Texniki Universitetində (AzTU) yaşıl enerji texnologiyalarının tədrisi üzrə bilik və bacarıqların davamlı yüksəldilməsi, energetika sahəsində yüksəkixtisaslı kadrların hazırlanması üçün universitetin həyətində külək qurğuları istifadəyə verilib.
Renewables.az AzTU-ya istinadən xəbər verir ki, qurğu hər birinin gücü 2 kVt olan 2 ədəd külək turbini, elektrik enerjisinin akkumlyasiyası üçün tutumu 2000 Amper-saat olan batareyadan ibarətdir.
Külək qurğuları həm avtonom, həm də paylayıcı şəbəkə sisteminə qoşulma imkanına malikdir. AzTU-da bərpa olunan enerji sahəsində təhsil alan tələbələr sözügedən avadanlıqlar vasitəsilə yaşıl enerji qurğularının ümumi şəbəkəyə qoşulması, şəbəkədən asılı olmadan avtonom rejimdə işləməsi, əsas konstruktiv elementlərinin iş prinsipi ilə tanış olacaq və praktiki vərdişlərə yiyələnəcəklər.
Rəylər (0):