Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində növbəti seminar keçirilib

image

Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Günəş elektrik stansiyaları üçün ərazilərin müəyyənləşdirilməsi” mövzusunda onlayn seminar keçirilib.

"Renewables.az" bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (AREA) istinadən xəbər verir.

Seminarın açılış hissəsində Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Hasan Akata və AREA-nın şöbə müdirinin müavini Cəbrayıl Əliyev çıxış edərək Türkiyədə baş vermiş zəlzələyə görə dərin təəssüf hissi keçirdiklərini ifadə ediblər.

Onlayn seminarda günəş elektrik stansiyaları üçün ərazilərin müəyyənləşdirilməsinin texniki və inzibati təfərrüatları barədə qarşı tərəfin təqdimatı dinlənilib. Görüşdə həmçinin qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.

Görüşdə iki ölkə arasında əməkdaşlığın enerji sahəsində də uğurla inkişaf etdiyini vurğulanıb, hər iki ölkənin yüksək günəş enerjisi potensialı olduğu diqqətə çatdırılıb. Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən İşçi Qrupun faydalı əməkdaşlığı qeyd olunub.

Seminarda AREA, nazirliyin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA), “Azərenerji” ASC, “Azərişıq” ASC-nin mütəxəssisləri həmçinin türkiyəli mütəxəssislər iştirak ediblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *