Azərbaycan və ABŞ “təmiz enerji” sahəsindəki irəliləyişləri müzakirə edib

image

Azərbaycan və ABŞ arasında “təmiz enerji” sahəsindəki irəliləyişlər müzakirə edilib.

Renewables.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının istehsal üzrə katib köməkçisinin müavini Hezer Evansla görüş keçirib. Görüşdə ABŞ ilə genişlənməkdə olan energetika, ticarət və işgüzar əlaqələrin əhəmiyyəti qeyd olunub. Həmçinin, Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetlər və yaşıl inkişaf istiqamətində qarşıya qoyulan hədəflər, yaşıl enerji keçidi üzrə görülən işlər, reallaşdırılan layihələr barədə məlumat verilib, bu sahədə əməkdaşlıq potensialı vurğulanıb.

İqtisadiyyat Nazirliyi və ABŞ-nin Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində hazırlanmış “Yaşıl artım portalı”nın dayanıqlı inkişafa nail olmaq üçün qlobal əməkdaşlıqda əhəmiyyəti qeyd olunub.

Tərəflər “təmiz enerji” sahəsində irəliləyişlər və dayanıqlı inkişafı dəstəkləyən sənaye strategiyalarının iqlim fəaliyyətinə müsbət təsirləri, bu sahədə tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *