Azərbaycan və İsrail arasında bərpaolunan enerji mənbələrinin inkişafına dair müzakirə aparılıb

image

Azərbaycan Respublikasının Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və İsrailin Elektrik Qurumu (İEQ) arasında enerji tənzimləmə məsələləri ilə bağlı təcrübə mübadiləsi aparmaq üçün onlayn görüş keçirilib.

Bu barədə "Berpaolunanenerji.az" EMTA-ya istinadən xəbər verir.

Görüşün əsas məqsədi EMTA ilə İsrailin Elektrik Qurumu (İEQ) arasında əməkdaşlığın əsasını qoymaq və onu gələcəkdə genişləndirmək, enerji bazarlarının təhlilini aparmaq, eyni zamanda səmərəli təcrübə mübadiləsi üçün potensial sahələri müəyyən etmək olub.

Görüş zamanı Azərbaycan və İsrailin enerji bazarının dizaynı, bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi və hər iki qurum arasında gələcək əməkdaşlığa bağlı müxtəlif ikitərəfli məsələlər müzakirə edilib.

Energetika nazirinin müavini görüş iştirakçılarını salamladıqdan sonra EMTA-nın İdarə Heyətinin sədri təqdimatla çıxış edərək Azərbaycanın enerji tənzimləyicisinin fəaliyyəti barədə danışıb.

Daha sonra cənab Yoav Katsavoy İsrailin enerji bazarı, elektrik sektorunda son aparılan islahatlar, xüsusən də istehsal, ötürülmə və paylanmanın şaquli olaraq inhisardan ayrılması barədə ümumi məlumat verib.

Tərəflər növbəti görüşlərin ekspertlər səviyyəsində keçirilməsinə dair razılığa gəliblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *