Azərbaycan və Xorvatiya alternativ enerji sahəsində əməkdaşlığı müzakirə edib

image

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Damir Habiyan ilə görüşündə alternativ enerji və sənaye sahələrində əməkdaşlıq müzakirə edilib.

Renewables.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə qeyd olunub ki, Xorvatiya ilə ticarət, investisiya, sənaye, bərpa olunan enerji, minatəmizləmə, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar var. Vurğulanıb ki, enerjinin Avropa bazarlarına çatdırılması üçün həyata keçirilən layihələr Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunu artırır.

Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi, birgə investisiyaların və ticarətin təşviqi, alternativ enerji və sənaye üzrə əməkdaşlıq, həmçinin işgüzar dairələr arasında işbirliyinin gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *