Azərbaycanda bərpa olunan enerji hərracları istiqamətində işlər görülür

image

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə həyata keçirilən “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi çərçivəsində hərrac qaydaları, hərraclar üçün şərtlər toplusu, həmçinin elektrik enerjisinin alqı-satqı müqavilələrinin hazırlanması üzrə işlər görülür.

"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.

Hesabata əsasən, sözügedən layihə üzrə həmçinin texniki şərtlər toplusu hazırlanıb. Hazırda məsləhətçi şirkət ilə investisiya müqaviləsi (İA) və enerji alqı-satqı müqaviləsi (PPA) ilə bağlı danışıqlar aparılır. Bu layihə ilə bağlı ötürücü şəbəkəyə qoşulma müqaviləsi (TCA) üzrə danışıqların növbəti mərhələdə aparılması nəzərdə tutulur.

Həmçinin ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədi (RFQ) və təkliflər sorğusu (RFP) sənədləri də hazırda müzakirə predmetidir. Sözügedən layihə ilə bağlı danışıqların nəticəsinə uyğun olaraq ilk hərracın 2023-cü ildə keçirilməsi nəzərdə tutulur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *