Azərbaycanda elektrik enerjisi istehsalı artıb

image

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 4 milyard 607,2 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq ayına nisbətən 7,7 % çoxdur.

"Berpaolunanenerji.az"ın Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, istehsal edilən əmtəəlik elektrik enerji istehsalı 4 milyard 463,9 milyon kVt-saat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 7,8 % çoxdur.

Qeyd edək ki, külək elektrik stansiyaları 9,4 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 35,2 faiz azdır.

Günəş elektrik stansiyaları isə 7,5 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 41,5 faiz çoxdur.

Su elektrik stansiyalarının istehsalı 146 milyon kVt-saat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz çoxdur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *