Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 467,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,2% çoxdur.
"Berpaolunanenerji.az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-avqust aylarında 16 936,8 mln. kVt-saat təşkil edib (artım 7,5%).
Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 945 mln. kVt-saatı su elektrik (artım 14,3%) stansiyaların payına düşüb.
İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.
Rəylər (0):