20 oktyabr “Energetiklər Günü” münasibətlə Azərbaycan Respublikasının Energetika Nazirliyi, “Azərenerji” ASC, və “Azərişıq” ASC-nin rəhbər vəzifəli şəxsləri və əməkdaşları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil qoyublar.
Bu barədə "Berpaolunanenerji.az" energetika nazirliyinə istinadən xəbər verir.
40 il əvvəl, 20 oktyabr 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 nömrəli sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib.
Artıq 17 ildir ki, Azərbaycan energetikləri 20 oktyabr tarixini öz peşə bayramları günü kimi qeyd edirlər.
Rəylər (0):