Bu ilin yanvar-aprel aylarında ölkənin günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalı 144,4 mln. kVt-saat təşkil edib.
Renewables.az Energetika Nazirliyinin yaydığı elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 125,3 mln. kVt-saat və ya 7,5 dəfə çoxdur.
Qeyd edək ki, hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 18,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):