Azərbaycanda su və günəş enerjisi istehsalı artıb, külək enerjisi istehsalı azalıb

image

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 19329,2 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7 % çoxdur.

"Berpaolunanenerji.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, su və günəş elektrik stansiyalarının enerji istehsalı artıb, külək elektrik stansiyaların enerji istehsalı isə azalıb.

Hesabat dövründə su elektrik stansiyaların enerji istehsalı 997,0 milyon kVt-saat (14 % artım), günəş elektrik stansiyaların enerji istehsalı 42,9 milyon kVt-saat (15,9 % artım), külək elektrik stansiyalarının enerji istehsalı isə 65,7 milyon kVt-saat (10,2 % azalma) təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *