Bərpaolunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təşkili məqsədilə, bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin tərkib hissəsi olan Azərbaycan Respublikasının bərpaolunan enerji mənbələrinin potensialı atlası yaradılacaq.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Qanunda deyilir.
Atlasda ilkin qiymətləndirmə əsasında bərpaolunan enerji mənbələri potensialından istifadə edilə biləcək torpaq sahələri (su obyektləri), onların hər birinin bərpaolunan enerji mənbəyi kimi potensialı, sərhədlərinin hüdudları və digər xüsusiyyətləri barədə aktual məlumatlar əks olunacaq. Atlasın formalaşdırılması və aktuallığının təmin olunması üçün tələb olunan dövlət torpaq, su, meşə və sair kadastrlarının, habelə digər dövlət informasiya ehtiyatlarının məlumatları atlası aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) əvəzsiz olaraq təqdim ediləcək.
Rəylər (0):