Dekabrın 22-də Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında ikitərəfli görüş olub.
"Berpaolunanenerji.az" xəbər verir ki, görüşdə nazir Pərviz Şahbazov Azərbaycanda enerji sahəsində həyata keçirilən layihələr və bu sahəyə yönəlik qarşılıqlı sərmayələr barədə danışıb.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz iki ölkə arasında qardaşlıq münasibətlərindən söz açıb, birgə əməkdaşlıq və əlaqələrin gələcək perspektivləri məsələlərinə toxunub.
Görüşdə, həmçinin Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun əhəmiyyəti qeyd edilib.
Rəylər (0):