Azərbaycanla Belçika arasında bərpaolunan enerji sahəsi üzrə inkişaf perspektivlərindən bəhs edilib

image

Energetika naziri Pərviz Şahbazov və Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans arasında görüş keçirilib.

Bu barədə “Berpaolunanenerji.az”a Energetika Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Belçika arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq münasibətlərindən bəhs edilib. Azərbaycanın energetika sektorunda həyata keçirdiyi islahatlar, enerji səmərəliliyi, bərpaolunan enerjidən istifadənin genişləndirilməsi, ümumilikdə enerji keçidi istiqamətində görülən işlər, hazırlanan qanunvericilik aktları, özəl investisiyaların cəlbi ilə həyata keçirilən enerji layihələri barədə məlumat verilib.

Bu istiqamətdə iki ölkə arasında enerji əməkdaşlığının xüsusilə bərpaolunan enerji sahəsi üzrə inkişafı perspektivlərindən bəhs edilib, Belçika şirkətlərinin bərpaolunan enerji hərraclarında iştirakının əməkdaşlıq üçün əlavə imkanlar yarada biləcəyinə inam ifadə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *