Azərbaycanın energetika naziri Pərviz Şahbazov Moskva şəhərində keçirilən “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edib.
Bu barədə "Berpaolunanenerji.az"a Nazirlikdən məlumat verilib.
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və energetika naziri Nikolay Şulqinovla ayrı-ayrılıqda baş tutan görüşlərdə neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və bir sıra digər məsələlər müzakirə olunub. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi vurğulanıb. Bərpaolunan enerji sahəsində mövcud olan siyasət və həyata keçirilən strateji layihələr haqqında danışılıb. Enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə enerji mənbələrinin şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb, hər iki ölkədə bu istiqamətdə real addımların atıldığı qeyd edilib.
Rəylər (0):