"Azərenerji" Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başlayıb

image

Laçın şəhəri, Zabux və Sus Kəndləri Azərbaycan ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "AzərEnerji" ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub.

"Berpaolunanenerji.az" bu barədə quruma istinadən xəbər verir.

Bildirilir ki, məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. Artıq mima təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *