“Azərenerji” üzrə elektrik stansiyalarının istehsalı azalıb

image

Cari ilin yanvar ayında "Azərenerji" ASC üzrə elektrik stansiyalarında enerji istehsalı 2 milyard 165,7 milyon kVt-saat təşkil edib. 

Renewables.az operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 357,8 milyon kVt-saat və ya təqribən 14,2 faiz azdır. 

Hesabat dövründə “Azərenerji” ASC üzrə su elektrik stansiyalarında 124,6 milyon kVt-saat elektrik enerjisi istehsal edilib (qalanı İstilik Elektrik Stansiyalarında).


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *