Ölkənin əsas enerji istehsalçısı və ixracatçısı “Azərenerji” ASC 2022-ci ili 436,506 milyon manat xalis mənfəətlə başa vurub.
Renewables.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3 dəfə çoxdur.
Bununla da, qurumun yığılmış zərəri 16,8 % azalaraq 2 164,739 milyon manata düşüb.
Qeyd edək ki, 100 % dövlətə məxsus, nizamnamə kapitalı 1 760,495 milyon manat olan qurum 1997-ci ildə yaradılıb.
Rəylər (0):