Bakı Ali Neft Məktəbi və SOCAR “Bərpa olunan enerji” mövzusunda təlim keçirib

image

Bakı Ali Neft Məktəbinin təşəbbüsü və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə yanvar ayının 14-19-da “Bərpa olunan enerji” mövzusunda təlim keçirilib.

"Berpaolunanenerji.az"ın məlumatına görə, təlim günəş, külək, geotermal, biokütlə və hidrogen enerjisindən istifadəyə dair mövzuları əhatə edib.

İntensiv rejimdə keçən təlimlərdə iki gün ərzində alternativ enerji növlərindən istifadənin texnologiyaları, onun iqtisadi və ekoloji aspektləri, istifadəsinin səmərəliliyi və əlaqədar çətinlikləri, Azərbaycanda bərpa olunan enerjidən istifadə potensialı barədə təlim iştirakçılarına ətraflı məlumat verilib. 

Təlimlərdə benefisiar qismində Bakı Ali Neft Məktəbinin, Bakı Mühəndislik Universitetinin müəllim heyəti, həmçinin Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *